IMG-LOGO

Hindistanın XİN başçısı: “Ölkəmiz BMT TŞ-nin daimi üzvü olacaq”

10.02.2024 18:57 46 baxış
IMG

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə görüşündə deyib.

"Biz orada olacağıq. Mən 100 % əminəm ki, biz orada olacağıq. Amma düzünü deyim ki, biz ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti