IMG-LOGO

"Bir-birimizi sevirik " - Morata həyat yoldaşından yenidən ayrıldı

20 Feb 2026 09:56 3 baxış
IMG
57 0

"Komo"nun hücumçusu Alvaro Morata Aliçe Kampellodan ayrıldığını təsdiqləyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeddi illik evlilikdən sonra 2024-cü ilin avqustunda boşanan Morata və Kampello 2025-ci ilin yanvar ayında münasibətlərini yenidən bərpa etmək qərarına gəliblər.

"Bizim üçün çətindir, çünki biz bir-birimizi sevən, amma bir-birimizi başa düşməyən iki insanıq.

Aliçaya məndən daha pis vəziyyətdə deyil, çünki çoxları onun yaralı tərəf olduğunu söyləyirlər. Açıq demək istəyirəm: ikimiz də pisik. Yalnız onun əziyyət çəkməsi deyil - ikimiz üçün də çətindir”, - Morata vurğulayıb. 

Bundan əlavə, "Real", "Atletiko", "Çelsi" və "Yuventus"un keçmiş hücumçusu Kampellonun rəfiqəsi, model Yelena Siriqu ilə münasibətləri barədə şayiələri təkzib edib.

"Heç bir rəfiqədən söhbət getmir və gedə də bilməz - sadəcə hazırda mənim buna ehtiyacım yoxdur. Xüsusi birisini tapdığım gün onunla birlikdə sakitcə ictimai yerlərdə gəzəcəyəm və bunu görəcəksiniz. Uşaqlar olduğu halda bu cür ayrılıqda üçüncü tərəf haqqında danışan insanlar mərhəmətsizdirlər", - Morata yekun olaraq bildirib.

Alvaro Morata Aliçe Kampello

Xəbər lenti