IMG-LOGO

ABŞ BMT-yə olan borcunun cüzi hissəsini ödəyib

20 Feb 2026 03:37 5 baxış
IMG

ABŞ təxminən 160 milyon dollar köçürərək Birləşmiş Millətlər Təşkilatına (BMT) olan borcunun cüzi hissəsini ödəyib.

"Report" xəbər verir ki, bu barədə bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik "Associated Press" (AP) agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ödəniş ötən həftə edilib və BMT-nin adi əməliyyat büdcəsi üçün nəzərdə tutulub. Xatırladaq ki, fevral ayının əvvəlinə olan məlumata görə, Vaşinqtonun BMT-yə olan ümumi borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün üzv dövlətlərin borcunun 95%-ni təşkil edir.

Bundan əlavə, ABŞ-ın sülhməramlı əməliyyatlar üçün 2,4 milyard dollar və tribunal büdcələri üçün daha 43 milyon dollar borcu var. Yanvarın sonlarında BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, maliyyə qaydaları yenidən nəzərdən keçirilməsə və ya 193 üzv ölkənin hamısı üzvlük haqlarını ödəməsə, BMT "qaçılmaz çöküşlə" üzləşəcək.

Xəbər lenti