IMG-LOGO

Türkiyə Qəzzaya ən azı 20 min konteyner ev göndərmək niyyətindədir

20 Feb 2026 01:37 4 baxış
IMG

Türkiyə, 2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən sonra ölkə vətəndaşları tərəfindən müvəqqəti yaşamaq üçün istifadə edilən ən azı 20.000 konteyner evi Qəzza zolağına göndərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan məlumat verib.

"Qəzzaya humanitar yardım göstərmək səylərimizi davam etdirəcəyik. Rəfah keçidi yenidən açıldıqdan sonra (2 fevral tarixi - Qeyd), zəlzələlər zamanı istifadə edilən konteynerləri Qəzzaya göndərməyi planlaşdırırıq. İlk mərhələdə bölgəyə 20.000 konteyner göndərmək istəyirik", - deyə o bildirib.

Xəbər lenti