IMG-LOGO

İsrail ordusu Suriyanın cənubunu atəşə tutub

20 Feb 2026 00:45 3 baxış
IMG

İsrail ordusu Suriyanın cənubundakı Əl-Quneytra vilayətinin bir neçə rayonunu artilleriya qurğularından atəşə tutub.

"Report" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, mərmilər Əl-Mantara bəndinin yaxınlığı, həmçinin iki qəsəbəyə düşüb. Atəş nəticəsində dinc əhali arasında itki olmayıb.

Günün ikinci yarısında İsrail təyyarələri Suriyanın cənub ərazisi üzərində intensiv kəşfiyyat uçuşları həyata keçirib.

Təyyarələr Dəraa şəhəri və onun ətrafında müşahidə olunub, yerüstü hədəflərə zərbələr endirilməyib.

Xəbər lenti