IMG-LOGO

Bəhreyn Qəzzada dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təklif edib

19 Feb 2026 23:50 3 baxış
IMG

Bəhreyn Qəzza zolağı üçün rəqəmsal hökumət xidmətləri platforması qurmaq üçün lazımi infrastruktur və təcrübəni təmin edə bilər.

"Report" xəbər verir ki, bunu Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifə bildirib.

"Bu gün biz Qəzza üçün effektiv hökumət rəqəmsal xidmətlər platforması yaratmaq üçün lazımi infrastruktur və təcrübəni təmin etməyə hazır olduğumuzu bəyan edirik", - deyə Sülh Şurasının ilk iclasında çıxış edən Kral bildirib.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının nizamnaməsini 19 ölkənin nümayəndəsi imzalayıb.

Xəbər lenti