IMG-LOGO

APA TV yeni layihəyə başlayıb - VİDEO

19 Feb 2026 20:53 3 baxış
IMG
1 1

APA TV-də bu gündən dini və irfani mövzuların müzakirəsinə həsr olunmuş “İman” adlı proqram yayıma başlayıb.

Proqramın əsas məqsədi dini biliklərin elmi əsaslara və milli-mənəvi dəyərlərə uyğun şəkildə düzgün və sistemli izahını təmin etmək, müasir dövrdə yaranan dini və mənəvi suallara əsaslandırılmış, obyektiv və maarifləndirici cavablar təqdim etməkdir.

Proqramın aparıcısı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov, ilk qonağı isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Şükürovdur.

Proqram hər həftənin cümə axşamı saat 19:30-da kabel televiziyalarında efirə gedəcək. Həmçinin, APA TV-nin "Youtube" platformasında yayımlanacaq.

APA TV

Xəbər lenti