Bu gün əlamətdar gündür və onu çoxları izləyir, xüsusilə başqa ölkələrdən - digər dövlətlərin liderləri, çünki burada liderlərin böyük bir qrupu iştirak edir, gələ bilməyənlər isə Zoom vasitəsilə izləyirlər. Ümid edirəm ki, bu, onların xoşuna gələcək.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə Sülh Şurasının birinci iclasının açılışında deyib.
"Gördüyümüz iş çox sadədir - sülh. Bu, Sülh Şurası (Board of Peace) adlanır və söhbət tələffüzü asan, lakin həyata keçirilməsi çətin olan sözdən gedir. Sülh. Lakin biz buna nail olacağıq. Biz həqiqətən çox yaxşı iş gördük", - o deyib.
"Bu gün bizimlə olan liderlərdən bəziləri bu ilk il ərzində mənə çox kömək etdilər. Ölkəmizin tarixində bəlkə də heç vaxt olmamış ilk ilimiz oldu", - Tramp bəyan edib.