IMG-LOGO

Azərbaycan əczaçılıq məhsulları ixracından gəlirini 4 dəfədən çox artırıb

19 Feb 2026 17:18 2 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 47,3 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 0,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,6 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Xəbər lenti