IMG-LOGO

Aİ rəsmisi: Ukrayna üzrə sülh razılaşmaları bizim dəstəyimiz olmadan işləməyəcək

19 Feb 2026 17:29 2 baxış
IMG

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə istənilən plan işləmək üçün Avropa İttifaqının (Aİ) dəstəyini tələb edəcək.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Aİ-nin xarici işlər xidmətinin rəsmi nümayəndəsi Ənvər Əl-Ənuni Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın təşkilata üzv dövlətlərə göndərdiyi məktubla bağlı suala cavabında bildirib.

KİV-in məlumatına görə, məktubda Avropa İttifaqının Ukrayna üzrə mümkün sülh sazişlərinə dair şərtləri, o cümlədən Belarusda, Ukraynada, Moldovada, Gürcüstanda və Ermənistanda Rusiyanın hərbi iştirakının və qoşunların yerləşdirilməsinin qadağan edilməsi tələbi əks olunub.

Əl-Ənuni vurğulayıb ki, Kallasın yanaşması Aİ-nin ittifaq daxilində təhlükəsizlik və sabitliyin təmin edilməsi maraqlarına əsaslanır.

Onun sözlərinə görə, Brüssel Rusiyanın sülhə hazır olduğunu təsdiqləyən səmimi öhdəliklər görmək istəyir.

Xəbər lenti