Moldova ilə Rumıniya sərhədində, "Leuşeni-Albitsa" sərhəd-keçid məntəqəsi zonasında Prut çayı üzərində yerləşən körpü yenidən tikiləcək.
"Report" "Moldpres"ə istinadən xəbər verir ki, Rumıniya hökuməti köhnə körpünün bərpasını iqtisadi baxımdan səmərəsiz hesab edərək 257 milyon ley (təxminən 50,4 milyon avro) dəyərində yeni tikinti layihəsini təsdiqləyib.
Rumıniya hökumətindən bildirilib ki, "Leuşeni-Albitsa" keçid məntəqəsi ərazisində yeni körpünün inşası transsərhəd infrastrukturun müasirləşdirilməsi istiqamətində ən mühüm layihələrdən biri olacaq. Tikintinin Avropa fondları və dövlət dəstəyi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Yeni körpü dörd hərəkət zolaqlı olacaq və uzunluğu 420 metr təşkil edəcək. O, Moldovanın M1 magistral yolunu Rumıniyanın DN 24B avtomobil yolu ilə birləşdirəcək. Körpünün 24 ay ərzində inşa olunması nəzərdə tutulur.