Böyük Britaniya kralı III Çarlz qardaşı Endryu Mauntbatten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə saxlanılması ilə əlaqədar narahatlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə "Sky News" Bukinqem sarayının açıqlamasına istinadən məlumat yayıb.
"Endryu Mauntbetten-Vindzor ilə bağlı xəbərləri dərin narahatlıq hissi ilə öyrəndim. Bu məsələ üzrə müvafiq orqanlar tərəfindən tam, ədalətli və lazımi araşdırma aparılmalıdır. Daha əvvəl də qeyd etdiyim kimi, onlar bu prosesdə bizim tam və səmimi dəstəyimizdən və əməkdaşlığımızdan yararlanırlar. Qanun öz sözünü deməlidir. Proses davam etdiyi üçün bu məsələ ilə bağlı əlavə şərh verməyim məqsədəuyğun olmaz." – Kral deyib.