Bülent Ersoy, Ramazan ayının gəlişi ilə əlaqədar Antalyaya yollanıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hər zaman dəbdəbəli tərzi ilə seçilən sənətçi, bu dəfə də ənənəsinə sadiq qalaraq məsləhətçisi Arzu Acaya maraqlı bir hədiyyə verib.
Bülent Ersoy iftar süfrələri üçün köməkçisinə parıltılı salfet qabı hədiyyə edib. Arzu Acay sosial media hesabında həmin anları paylaşaraq bu sözləri qeyd edib:
"Divamız Antalyaya gəldi, şükürlər olsun... İftar süfrələri üçün parıltılı salfet qabı gətirib. Onlar olmadan əsla süfrəyə oturmaz".
Sözügedən paylaşım qısa müddətdə çox sayda bəyənmə və şərh toplayaraq maraq mərkəzinə çevrilib.
Bülent Ersoy maqazin
