IMG-LOGO

Bakı və Tokio iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

19 Feb 2026 15:35 4 baxış
IMG

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov ilə Yaponiyanın iqtisadi və büdcə siyasəti üzrə dövlət naziri Minoru Kiuçi görüş zamanı iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yaponiyanın iqtisadi və büdcə siyasəti üzrə dövlət naziri Minoru Kiuçi ilə görüşməkdən məmnunam. Görüşdə iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunub", - o bildirib.

Xəbər lenti