IMG-LOGO

Bakı metrosunda qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb

19 Feb 2026 14:24 2 baxış
IMG

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.

Xəbər lenti