IMG-LOGO

BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək

19 Feb 2026 13:50 2 baxış
IMG

BMT-nin Baş katibi Antonio Quterreş Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair ortamüddətli icmalı təqdim edəcək.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax regional KİV üçün Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş onlayn brifinqdə bəyan edib.

Bu, növbəti onillik üçün - 2036-cı ilədək kursun müəyyən edilməsində mühüm məqam olacaq.

Onun sözlərinə görə, forum "Dünyanın mənzillə təminatı: təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçiriləcək ki, bu da qlobal mənzil böhranının təxirəsalınmazlığını əks etdirir.

"Dünya üzrə təqribən 3 milyard insan qeyri-münasib yaşayış şəraitində yaşayır. 1 milyarddan çoxu qeyri-rəsmi məskunlaşma yerlərində və xarabalıqlarda yaşayır. 300 milyondan çox insan evsizdir. Bu böhran dərinləşir, şəhərlərdə insan ləyaqətini, təhlükəsizliyi, sağlamlığı və məhsuldarlığı sarsıdır", - A.Rossbax qeyd edib.

Xəbər yenilənir

Xəbər lenti