Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında xüsusilə qida sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.
Y.Abdullayev qeyd edib ki, tədbirdə geniş tərkibli nümayəndə heyətləri iştirak edir: "BƏƏ-dən bir sıra şirkətlər və 25 nəfərlik heyət, Azərbaycandan isə 16 şirkət və 20-dən çox iştirakçı görüşə qatılıb".