IMG-LOGO

XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə baş tutacaq

16 Feb 2026 09:23 4 baxış
IMG

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

"Report xəbər verir ki, dağ xizəyi, bobsley, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə və xizəklə tramplindən tullanma üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 26 (12 qızıl, 7 gümüş, 7 bürünc) mükafat qazanıb. İtaliya (8 qızıl, 4 gümüş, 10 bürünc) ikinci, ABŞ (5 qızıl, 8 gümüş, 4 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 18-də slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti