IMG-LOGO

Sidneydə terror aktının icraçısı videobağlantı ilə məhkəmə qarşısına çıxarılıb

16 Feb 2026 08:35 3 baxış
IMG

Sidney Şəhər Məhkəməsində ötən il dekabrın 14-də Bonday çimərliyində terror hücumunu törədən Navid Əkrəmin işi üzrə ilk məhkəmə iclası keçirilib.

"Report"un "The Sydney Morning Herald" qəzetinə istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxs hakimlərlə videobağlantı vasitəsilə danışıb.

Hücumdan sonra Sidneydəki Lonq Bey həbsxana xəstəxanasında saxlanılan Əkrəm daha sonra Kanberradan 100 kilometr şimal-şərqdə yerləşən Qoulberndəki ciddi rejimli həbsxanaya köçürülüb. Qəzet qeyd edir ki, Əkrəm bir neçə dəqiqə videobağlantı vasitəsilə məhkəməyə qoşulub, çünki vəkili islah heyətinə məhkəmənin təqsirləndirilən şəxsin iştirakı olmadan keçiriləcəyi barədə məlumat verə bilmyib.

Dinləmə zamanı 24 yaşlı kişi 59, o cümlədən 15 qətl və bir terror aktı törətmək ittihamı ilə üzləşib. Dinləmədən sonra hakim zərərçəkənlər haqqında məlumatların açıqlanmaması müddətini uzadıb və müdafiə tərəfinin sübut təqdim etməsi üçün son tarixlər müəyyən edib.

Təqsirləndirilən şəxsin növbəti məhkəmə iclası 9 aprelə təyin olunub. Əkrəmin vəkili Ben Arçbold bildirib ki, ittiham tərəfinin dəlilləri müdafiə tərəfinə təqdim olunmadığı üçün təqsirləndirilən şəxsin ifadələrini müzakirə etmək üçün hələ tezdir.

Xəbər lenti