IMG-LOGO

ABŞ-də məlumat mərkəzi inşaatçıları bütün xərcləri ödəməyə məcbur olacaqlar

16 Feb 2026 07:34 3 baxış
IMG

ABŞ Prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarro bildirib ki, məlumat mərkəzləri inşa edən şirkətlərdən elektrik enerjisi və digər resursların istehlakı ilə bağlı xərclərin ödənilməsi tələb oluna bilər.

"Report"un məlumatına görə, o, bunu "Fox News"a müsahibəsində bildirib.

Navarronun sözlərinə görə, məlumat mərkəzi sahibləri yalnız ictimai şəbəkədən istehlak edilən elektrik enerjisi üçün deyil, həm də şəbəkənin sabitliyinin təmin edilməsi ilə bağlı xərcləri ödəməlidirlər.

"Meta"dan başlayaraq bütün məlumat mərkəzi inşaatçıları bütün xərcləri ödəməlidirlər. Söhbət yalnız istehlak etdikləri elektrik enerjisindən deyil, həm də şəbəkənin sabitliyinə təsirindən gedir. Onlar həmçinin su üçün də pul ödəməlidirlər", - o qeyd edib.

Navarro əlavə edib ki, şirkətlərin bu cür xərcləri nəzərə almalarını təmin etmək üçün müvafiq tədbirlər görülə bilər.

Xəbər lenti