IMG-LOGO

Kuril adalarında zəlzələ qeydə alınıb

16 Feb 2026 06:21 3 baxış
IMG

Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Yujno-Saxalinsk Seysmoloji Stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

"16 fevral tarixində, saat 02:58-də (Bakı vaxtı ilə saat 03:58) Matua adasından 160 km şərqdə 6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 73 km dərinlikdə yerləşib. Zəlzələnin hiss olunduğu barədə heç bir məlumat verilməyib", - o bildirib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.

Xəbər lenti