IMG-LOGO

İtaliyada "Sevgililər Tağı" qayası kəskin hava şəraiti səbəbindən uçub

16 Feb 2026 06:47 3 baxış
IMG

İtaliyanın Apuliya regionunda, Adriatik dənizi sahilindəki "Sevgililər Tağı" qayası kəskinli hava şəraiti səbəbindən uçub.

"Report"un məlumatına görə, bu barədə regionun veb saytında bildirilib.

"Leççe vilayətinin Melenduno rayonunda, Sant-Andreadakı "Sevgililər Tağı"nın çökməsi, bölgəmizin ciddi şəkildə yaşadığı iqlim dəyişikliyinin nəticəsidir və sahil xətlərimizin kövrəkliyinə və daimi təkamülünə diqqət çəkir: bu gün keçmişdən daha sürətli dəyişən landşaftlar", - açıqlamada qeyd olunur.

Apuliya regionunun infrastruktur və mobillik üzrə müşaviri Raffaele Piemontese "kollektiv yaddaşın, landşaftın və kimliyin" itirilməsindən danışıb. O, həmçinin iqlim dəyişikliyinin yaratdığı dağıdıcı təbii proseslərin sürətlənməsini qeyd edib və oxşar hadisələrin qarşısını almaq üçün proaktiv tədbirlər görülməsinə çağırıb.

Xəbər lenti