IMG-LOGO

Rumıniya Prezidenti Vaşinqtonda Sülh Şurasının iclasında iştirak edəcək

16 Feb 2026 04:17 4 baxış
IMG

Rumıniya Prezidenti Nikuşor Dan 19 fevralda Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edəcək.

"Report"un məlumatına görə, Rumıniya dövlət başçısı bu barədə feysbukdakı səhifəsində xəbər verib.

O, tədbirdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iştirak edəcəyini bildirib. Rumıniya müşahidəçi kimi təmsil olunacaq.

"Beynəlxalq sülh səylərinə güclü dəstəyimizi və Qəzza zolağında yenidənqurma prosesində iştiraka hazır olduğumuzu bir daha bəyan edəcəyəm", - Dan qeyd edib.

Xəbər lenti