İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Fələstinin "İslam cihadı" radikal qruplaşmasının silahlı qanadının üzvlərinin olduğu avtomobilə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb.
Hadisə Livan-Suriya sərhədinin yaxınlığındakı Majdal-Anjar rayonunda baş verib.
Avtomobil hava hücumu nəticəsində alovlanıb, içindəki yaraqlılar ölüb. Onların sayı dəqiqləşdirilir.