Almaniya hakimiyyəti qonşu ölkələrlə sərhəd nəzarətini 15 sentyabra qədər uzatmağı planlaşdırır.
"Report"un xəbərinə görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq bildiriş tezliklə Avropa Komissiyasına göndəriləcək.
"Qonşu ölkələrlə sərhəd nəzarətinin müddətini uzadırıq. Sərhəd nəzarəti Almaniyada miqrasiya siyasətinin yenidən qurulmasının bir hissəsidir", - Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt qəzetə bildirib.