Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanIN Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib





















