IMG-LOGO

Finlandiya Prezidenti: ABŞ ilə münasibətlərdə "qırmızı xətt"ə çatılıb

15 Feb 2026 14:06 3 baxış
IMG

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ ilə münasibətlərdə "qırmızı xətt"ə çatıldığını bəyan edib.

"Report" bu barədə ERR portalına istinadən xəbər verir.

Stubb vurğulayıb ki, ictimai məkan vasitəsilə aparılan diplomatiya bəzən nəzarətdən çıxsa da, Qrenlandiya məsələsinin nizamlamasına nail olunub.

Daha əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen qeyd etmişdi ki, ABŞ Prezidenti Donald Tramp adanı güc yolu ilə ələ keçirmək hədəsindən imtina etməsinə baxmayaraq, Qrenlandiyanı almağa hələ də maraq göstərir.

Stubb həmçinin bildirib ki, Avropanın ABŞ ilə münasibətləri ideoloji fikir ayrılıqları səbəbindən dəyişib. Bunlara ABŞ-nin Paris iqlim sazişindən və bir sıra beynəlxalq təşkilatlardan çıxması daxildir. Bununla yanaşı, Vaşinqton Ukrayna üzrə sülh prosesində iştirakını davam etdirir. Lakin Stubbun fikrincə, əsas məsələ Rusiyanın mümkün razılaşmanı qəbul etməyə hazır olub-olmamasıdır və hazırda belə bir perspektiv az ehtimal edilir.

Xəbər lenti