IMG-LOGO

Ər-arvad ən çox hansı yaşda bir-birlərinə xəyanət edirlər?

15 Feb 2026 13:47 3 baxış
IMG
0 0

Hər kəs "orta yaş böhranı" ilə tanışdır və 40-45 yaşlı insanlarda xəyanət haqqında bir çox məqalə yazılıb. Çox vaxt bu yaşa çatmış insanlar həyatlarını, xüsusən də cinsi həyatlarını canlandırmağa çalışaraq yeni bir şey axtarmağa başlayırlar. Lakin, 40 yaş xəyanətdən ehtiyatlı olmaq üçün yeganə vaxt deyil. Səbəblər isə yalnız cinsi xarakterli deyil.

Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, psixoloqlar aşkar ediblər ki, yeni bir şey sınamaq istəyi çox vaxt əhəmiyyətli mərhələlərə yaxınlaşarkən güclənir.

Araşdırmalar göstərir ki, insanlar yeni onilliyə yaxınlaşdıqca - 29, 39, 49 yaşlarında və oxşar mərhələlərdə həyatda məna axtarmağa başlayırlar və bu, partnyoru təkcə yeni fəaliyyətlərlə məşğul olmağa deyil, həm də yeni nikahdankənar münasibətlərə sövq edə bilər.

"İnsan zehninin dəyirmi rəqəmlərlə bağlı olduğu müəyyən edilib və buna görə də insanlar dönüş nöqtəsi hesab etdikləri şeyə yaxınlaşdıqca güclü narahatlıq keçirirlər. 30, 40, 50 - bu rəqəmlər insanları qorxudur, bəzən onları çarəsiz addımlar atmağa vadar edir. Məsələn, partnyorunu dəyişdirmək", - tədqiqatın müəllifləri bildirirlər.

Alimlər hər iki cinsin yeni yubileyinə yaxınlaşdıqca emosional bir hadisəyə, müəyyən bir sarsıntıya ehtiyac duyduqları qənaətinə gəliblər. Yeni sevgi münasibətləri onlara qocalığa yaxınlaşmaq düşüncəsinin öhdəsindən gəlməyə kömək edir.

Britaniyada aparılan araşmalara görə, 39 yaş nikah xəyanəti üçün ən təhlükəli yaşdır.

Kişilər və qadınlar ən çox nə vaxt xəyanət edirlər?

Alimlər belə bir nəticəyə gəliblər ki, kişilər 25-30 yaşları arasında, qadınlar isə 30-35 yaşları arasında xəyanət edirlər.

Alimlər maraqlı bir faktı da aşkar ediblər: xəyanət riski kişi ilə qadın arasındakı maddi vəziyyət fərqinə mütənasib olaraq artır. Kişi arvadına nisbətən nə qədər az pul qazanırsa, xəyanət etmək ehtimalı bir o qədər yüksəkdir.

Xəyanət, ehtimalları tarazlaşdırır; məsələn, əgər kişi ailənin dolanışığını təmin edən rolunu yerinə yetirə bilmirsə və arvadından az qazanırsa, bu, nə qədər absurd səslənsə də, xəyanət yolu ilə öz hakimiyyətini bərpa etməyə çalışır. İqtisadi cəhətdən arvadlarından asılı olan kişilərin xəyanət etmək ehtimalı ailə gəlirləri bərabər olanlara nisbətən üç dəfə çoxdur.

Ər arvad xəyanət

Xəbər lenti