IMG-LOGO

Tailandda avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb

15 Feb 2026 10:54 4 baxış
IMG

Tailandın cənubundakı Tranq əyalətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

Hadisə bazar gününə keçən gecə baş verib, Pxuket-Betonq marşrutu ilə hərəkət edən avtobusda cəmi 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarət alıb.

Qəzetin yazdığına görə, yol-nəqliyyat hadisəsi sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş vermiş ola bilər. Lakin sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət zamanı bildirib ki, onun qarşısına motosiklet çıxıb. Bununla belə, yaxınlıqda olan patrul bu versiyanı təkzib edərək heç bir motosikletin görünmədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti