IMG-LOGO

Şəmkirdə "Jiquli" "Nissan"la toqquşdu, ölən və yaralanan var

03 Feb 2024 11:00 171 baxış
IMG

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Şəmkir-Çinarlı yolunun 2-ci kilometrliyində baş verib. 31 yaşlı Qasımov Bayram Valeh oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil 34 yaşlı Şahbazov Azər Yusif oğlunun idarə etdiyi "Nissan Maxima" markalı avtomobillə toqquşub. Nəticədə B. Qasımov ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Mənbə: lent.az

Xəbər lenti