IMG-LOGO

Ötən il AÇG üzrə əməliyyat xərcləri 5 %-dən çox artıb

12 Feb 2026 12:35 4 baxış
IMG

2025-ci il ərzində BP və tərəfdaşları Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 564 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1 milyard 288 milyon ABŞ dollar əsaslı məsrəflər xərcləyib.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

2024-cü ilin yekunları ilə müqayisədə AÇG üzrə əməliyyat xərcləri 29 milyon ABŞ dolları və ya 5,4 % artıb, əsaslı xərclər isə 5 milyon ABŞ dolları və ya 0,4 % azalıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Xəbər lenti