IMG-LOGO

Xocalıda yolda qalan vətəndaşlara belə köməklik göstərildi-VİDEO

04 Jan 2026 15:17 72 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Xocalıda buz bağlayan yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib

Xocalı buz bağlayan yol vətəndaşlara kömək

Mənbə: lent.az

Xəbər lenti