Milyonlarla insanın sevdiyi bir məşhur yuxu pozası əslində orqanizmi yavaş-yavaş zəiflədir, sinirləri sıxır və hətta ürəyin işinə mane ola bilər.
Lent.az bu yuxu pozası ilə bağlı maraqlı faktları təqdim edir:
Oksigen çatışmazlığı və sıxılan ağciyərlər
Qarın üstə yatdığınız zaman bədən çəkisi nəfəsalma üçün əsas əzələ olan diafraqmaya təzyiq göstərir. Bu isə ağciyərlərin həcmini azaldır və dərin nəfəs almağa mane olur. Orqanizm gecə ərzində kifayət qədər oksigen almır. Nəticədə insan 8 saat yatmasına baxmayaraq yorğun oyanır.
Onurğa zərbə altında: boyundan belədək
Bu vəziyyətdə nəfəs almaq üçün başınızı təxminən 90 dərəcə çevirməli olursunuz. Bu isə saatlarla boyun əzələlərini və bağlarını gərgin vəziyyətdə saxlayır. Nəticədə xroniki ağrı, iltihab və gərginlik tipli baş ağrıları yarana bilər. Bel nahiyəsi də zərər görür. Qarın üstə yatmaq belin təbii əyriliyini düzləşdirir və fəqərələrdə ağrıya səbəb olur. Bəzən insan səhər oyandıqda qollarda keyimə və ya qarıncalanma hiss edə bilər.
Bunun səbəbi çox vaxt boyunun burulmuş vəziyyətdə qalmasıdır. Başın yan tərəfə çevrilməsi boyundan çiyinlərə gedən sinirləri sıxır. İnsan bunu çox vaxt “yastıq düzgün deyildi” kimi izah edir, halbuki əsas səbəb yuxu pozasıdır.
Ürəyə əlavə təzyiq
Qarın üstə yatmaq ürəyin daha gərgin işləməsinə səbəb ola bilər. Bədən çəkisi döş qəfəsinə təzyiq göstərərək qan dövranını məhdudlaşdırır. Uzun müddətdə bu, xüsusilə ürək problemi olan insanlarda arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminin zəifləməsinə gətirib çıxara bilər.
Necə düzgün yatmaq lazımdır?
Araşdırmalara görə, insanların təxminən 17 faizi qarın üstə yatmağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişi dəyişməyi tövsiyə edirlər.
Arxası üstə yatmaq
Bu vəziyyət onurğanın təbii əyriliyini qoruyur və bədən çəkisini bərabər paylayaraq daxili orqanlara düşən təzyiqi azaldır.
Yan üstə yatmaq
Ürək sağlamlığı və xorultunun azalması üçün yaxşı seçimdir.
Kiçik məsləhət: uzun qucaqlanan yastıqdan istifadə edin. Bu, bədəni sabit saxlayacaq və yuxu zamanı qarın üstə çevrilməyin qarşısını alacaq.
Sosial yuxu pozası qarın üstə yatmaq sağlam yuxu