Ötən günlərdə qarlı hava şəraiti ilə bağlı 14 nəfər xəstəxanalıq olub.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10 və 11-də qarlı hava şəraiti əlaqədar xəsarət alması səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına 14 nəfər (4-ü kişi, 7-si qadın, 3-ü azyaşlı olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına isə 2 nəfər (qadın) hospitalizasiya olunub.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Qarlı hava TƏBİB