Azərbaycan və Bolqarıstan arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, regional əməkdaşlıq məsələləri, eləcə də mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr Bolqarıstana səfər çərçivəsində komitə sədri Anar Quliyev ilə Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev arasında keçirilən ikitərəfli görüşdə aparılıb.
Tərəflər Bolqarıstanın Veliko Tırnovo şəhərində salınacaq "Şuşa parkı" layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyini bildiriblər.
Eləcə də, bu ilin may ayında Bakı şəhərində baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) formatı, xüsusiyyətləri və təşkilati məsələləri barədə də məlumat verən A. Quliyev Bolqarıstan tərəfinin tədbirdə geniş iştirakçılığına dair ümid ifadə edib.

