IMG-LOGO

Bakıda 2011-2012-ci il təvəllüdlü atletlər arasında ölkə birinciliyi keçiriləcək

12 Feb 2026 10:22 4 baxış
IMG

Bakı Atletika Mərkəzində 2011-2012-ci il təvəllüdlü atletlərin iştirakı ilə qapalı məkanda ölkə birinciliyi təşkil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından bildirilib.

Proqrama əsasən idmançılar müxtəlif məsafələrə qaçış, hündürlüyə tullanma, nüvə itələmə, uzunluğa tullanma və estafet növlərində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 13-14-də keçiriləcək.

Xəbər lenti