IMG-LOGO

Azərbaycan Bolqarıstanla şəhərsalma sahəsi üzrə əməkdaşlığı müzakirə edib

12 Feb 2026 10:30 4 baxış
IMG

Azərbaycan və Bolqarıstan arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr komitə sədri Anar Quliyevin Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə görüşündə aparılıb.

A. Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir İ. İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

Sonda komitə sədri bolqarıstanlı həmkarlarını BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Bakıya dəvət edib.

Xəbər lenti