IMG-LOGO

ASCO-nun "Qafur Məmmədov" gəmisi təmirdən sonra ilk səfərini başa vurub

12 Feb 2026 10:41 4 baxış
IMG

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Qafur Məmmədov" quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini başa vurub.

"Report" ASCO-ya istinadən xəbər verir ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük tam şəkildə artıq gəmidən boşaldılıb.

Hazırda "Qafur Məmmədov" gəmisi növbəti səfər üçün yükləməni gözləyir.

Yükgötürmə qabiliyyəti 5 500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.

Xəbər lenti