IMG-LOGO

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu baş tutacaq

12 Feb 2026 09:50 4 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq.

Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.

"Naxçıvan" B qrupunda 28 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 22 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.

Xəbər lenti