Vaşinqton və Pekin razılaşdırılmış ticarət müqaviləsinin müddətini bir ilə qədər uzadılmasını nəzərdən keçirirlər.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) mənbələrə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin aprelin əvvəlində Ağ Evin rəhbəri Pekinə səfəri zamanı razılaşma imzalayacağı gözlənilir.
Mövcud ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə olunmuşdu. ABŞ Çinə qarşı tarifləri 10% azaldıb və 47% -ə endirib, bəzi Çin şirkətlərinin məhsullarının ABŞ-a tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırıb, həmçinin Çinə yarımkeçirici ixracına qoyulan tariflər yumşaldılıb.
Çin ABŞ-dan soya almağa başlayıb və bir çox Amerika kənd təsərrüfatı məhsullarını tariflərdən azad edib.