IMG-LOGO

ABŞ Hindistana yeni silah satmağı planlaşdırır

12 Feb 2026 03:11 3 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hindistanla ticarət mübahisələrinin əsasən həll olunduğuna inanır və respublikaya potensial yeni silah satışını hazırlayır.

"Report"un məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində ABŞ-Hindistan münasibətləri ilə bağlı çıxışında bildirib.

"Müdafiə sektorunda bizim geniş gündəliyimiz var. Bu yaxınlarda 10 illik çərçivə müqaviləsi imzaladıq və bu, bizə qarşılıqlı fəaliyyət, birgə təlimlər və son illərdə həyata keçirdiyimiz bir çox fəaliyyət baxımından irəliləməyə imkan verəcək. Biz bu fəaliyyətləri genişləndirəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, Hindistana müdafiə qabiliyyətinin və suverenliyinin gücləndirməsinə imkan verəcək bəzi potensial silah sistemlərinin satışı da planlaşdırılır.

Bu ayın əvvəlində ABŞ və Hindistan ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar və bu mərhələyə əsasən Vaşinqton Hindistan məhsullarına tarifləri 18%-ə endirməyə razılıq verib. Nyu Dehli qeyd edib ki, tərəflər texniki məsləhətləşmələri davam etdirir və rəsmi hüquqi mətni martın ortalarına qədər imzalamağı planlaşdırırlar.

Xəbər lenti