ABŞ keçən il onlarla BMT agentliyindən ayrıldıqdan və milyonlarla dollarlıq maliyyələşdirməni kəsdikdən sonra qurumda islahatların aparılması üçün səylərini davam etdirəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib.
O, həmçinin təsdiqləyib ki, Vaşinqton beynəlxalq təşkilata qarşıdakı həftələr ərzində avans ödəyəcək. Cenevrədə çıxış edən səfir BMT-nin alacağı dəqiq məbləği də açıqlamayıb, lakin ABŞ-ın islahatlar üçün səylərini davam etdirərkən üzvlük haqqını ödəyəcəyini bildirib:
"Səmərəliliyi artırmaq üçün sistemli təzyiq göstərməyə davam edəcəyik. Bu qurumları ən azı eyni miqdarda, ideal olaraq isə daha az resursla daha çox iş görməyə çağırmağa davam edəcəyik".