IMG-LOGO

Livan tezliklə Litani çayının şimalında silahlara nəzarət məsələsini həll edəcək

11 Feb 2026 23:50 4 baxış
IMG

Livan hökuməti gələn həftə Litani çayının şimalındakı ərazilərdə dövlət səlahiyyətlərini genişləndirmək və bütün silahları dövlət nəzarətinə keçirmək planının ikinci mərhələsinin necə davam etdiriləcəyinə qərar verəcək.

"Report" xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkus Küveytə səfəri zamanı jurnalistlərə bildirib.

"Qərar ordunun ehtiyaclarını və imkanlarını əks etdirən hesabata əsaslanacaq", - deyə o bildirib.

Eyni zamanda, Morkus Livan ordusu ilə "Hizbullah" arasında hər hansı bir toqquşma ehtimalını istisna edib: "Məqsəd dövlət gücünü genişləndirmək və sabitliyə nail olmaqdır".

Xəbər lenti