Serbiyalı tennisçi Novak Cokoviç ATP 500 kateqoriyalı Doha (Qətər) turnirində iştirakdan imtina edib.
"Report" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, Cokoviçə "Australian Open 2026" turnirində finala qədər irəliləməsindən sonra bərpa üçün daha çox vaxt lazımdır.
Qeyd edək ki, 38 yaşlı tennisçi həlledici görüşdə dörd setdə dünya reytinqinin bir nömrəsi Karlos Alkarasa (İspaniya) məğlub olub.
Məlumata görə, Cokoviçin qatılacağı növbəti turnir ATP 1000 seriyasına daxil olan "İndian-Uells" yarışı olacaq.
Qeyd edək ki, Cokoviç daha əvvəl 2026-cı il Qış Olimpiya Oyunlarında da görüntülənib. O, fiqurlu konkisürmə üzrə komanda yarışını tribunadan izləyib.