Avropa Komissiyası bu gün dronlara qarşı mübarizə üzrə yeni Fəaliyyət Planını təqdim edib.
"Report"un yerli bürosunun məlumatına görə, bu barədə kollegiya iclasının yekunlarına dair Strasburqda keçirilən mətbuat konfransında Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkunen bildirib.
Planda Avropa İttifaqının (Aİ) hava məkanının təhlükəsizliyinin gücləndirilməsi, kritik infrastrukturun qorunması və PUA üzrə öz sənaye bazasının inkişaf etdirilməsi üçün tədbirlər nəzərdə tutulub.
Onun sözlərinə görə, bu, hava məkanının, hava limanlarının fəaliyyətinin pozulması, enerji, nəqliyyat və sərhəd infrastrukturuna qarşı təhdidlər daxil olmaqla artan risklərə cavabdır.
Plan ilk növbədə mülki müdafiəyə və Aİ-nin daxili təhlükəsizliyinə yönəlsə də, bu layihələrlə sinerji hesabına müdafiə siyasətini və hərbi təşəbbüsləri gücləndirməyə imkan verəcək.