IMG-LOGO

Serbiya Prezidentinə təqdim olunan inkişaf planlarının süni intellekt tərəfindən hazırlandığı məlum olub

11 Feb 2026 16:41 5 baxış
IMG

Serbiyanın Nazirlər Kabinetinə ölkənin inkişafı ilə bağlı planların işlənməsi tapşırılsa da, Prezident Aleksandar Vuçiçə təqdim etmək üçün planları süni intellekt vasitəsilə hazırlanıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin "Večernje Novosti" qəzeti yazıb.

Qeyd edilib ki, hökumət rəsmiləri "ChatGPT" vasitəsilə hazırlanmış "Serbiya 2030" və "Serbiya 2035" adlı layihə sənədlərini A.Vuçiçə təqdim ediblər.

Şahidlər nəşrə bildiriblər ki, süni intellekt tərəfindən hazırlanmış planlar ona təqdim olunarkən Aleksandar Vuçiç çox qəzəblənib. Bildirilir ki, onu bu qədər qəzəbli çoxdandır ki, görməmişdilər.

Qəzetin məlumatına görə, A.Vuçiç Hindistan səfərindən qayıdacağı 21 fevrala qədər Baş nazir Curo Matsut və onun kabinetinə öz layihə planlarını təqdim etməyi tapşırıb, əks halda, planları özü hazırlayacağını bildirib.

Xəbər lenti