IMG-LOGO

Xalq artisti: "Tağıyev" filmində məqsəd onun əməllərini göstərməkdir, şəxsi həyatına nə ehtiyac var?

11 Feb 2026 16:46 4 baxış
IMG

"Tağıyev" filmində məqsəd onun cəmiyyət üçün varlığıdır, gördüyü işlərdir, etdiyi əməllərdir.

Bunu "Report"a müsahibəsində "Tağıyev" filmində Hacı Zeynalabdin Tağıyevin qocalıq dövrünü canlandıran Xalq artisti Qurban İsmayılov deyib.

Onun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin təzadlı tərəflərini hamı oxuyub və məlumatlıdır.

"İstəsək, yenə də tapar, yenə də oxuyarıq. Ona görə də hesab edirəm ki, bu layihədə məqsəd Tağıyev kimi bir şəxsiyyətin kinoda təqdimidir, yəni bizdə belə bir adam olub. Bəli, razıyam ki, onun barəsində, əsasən, şəxsi həyatı ilə bağlı müəyyən ziddiyyətli fikirlər var. Amma bunu dörd seriyalıq filmə gətirməyə nə lüzum var? Burada mövzu Tağıyevin cəmiyyət üçün varlığıdır, gördüyü işlərdir, etdiyi əməllərdir".

Xalq artisti çoxseriyalı bədii filmin sonuncu hissəsi barədə də danışıb.

"Bu hissədə həmin xeyirxah əməllərə daha geniş baxış var: məsələn, Qızlar məktəbi. Bu axı çox böyük bir işdir. Bu mənada, dediyim kimi, o ziddiyyətli məqamlar yenə kiməsə maraqlıdırsa, buyursun, getsin, oxusun. Biz belə adamlara minnətdar olmalıyıq. Arada düşünürəm, yaxşı ki, o vaxt sosial media olmayıb, minnətdarlıq hiss olmayan adamlar gör o adamlara nələr deyərdi... Mənim ən zəhləm gedən adamlar minnətdar ola bilməyən adamlardır".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti