İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarının təşkilatçılığı bir o qədər də yaxşı deyil.
Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qurum rəsmisi təşkilatçılıqda bəzi problemlər olduğunu vurğulayıb:
"Olimpiada normal keçir, müxtəlif ölkələrdən olan həmkarlarımız və Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə mütəmadi görüşlərimiz olur. Lakin təşkilatçılıq əvvəlki illərə nisbətən bir o qədər də yaxşı deyil. Çünki sistem bir qədər yenidir. İndi hər şey yeni texnologiyalar üzərində qurulub, qeydiyyatlar, sifarişlər, həmçinin digər prosedurlar yalnız telefon və internet vasitəsilə həyata keçirilir. Ümumilikdə ciddi narahatlıqlar yoxdur".
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.