IMG-LOGO

Azərbaycan 2025-ci ildə kondensat hasilatını azaldıb

11 Feb 2026 15:42 5 baxış
IMG

Azərbaycanda 2025-ci ildə kondensat hasilatı 4 milyon 911,88 min ton təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən 7,1 % aşağıdır.

Hesabat dövründə ölkədə ümumi neft hasilatında kondensatın payı 17,7 % olub. Neftin payı isə 82,3 % - 22 milyon 767,77 min ton (4,2 % az) təşkil edib.

Daha əvvəl bildirilmişdi ki, Azərbaycanda 2025-ci ildə neft hasilatı (kondensatla birlikdə) 27 milyon 679,65 min ton (2024-cü ilə nisbətən 4,7 % az) təşkil edib.

Qeyd edək ki, Azərbaycanda hasil edilən kondensatın əsas payını "Şahdəniz" yatağı təmin edir, bu məhsul tam həcmdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca yönəldilir. Kondensat hasilatına 2023-cü ilin iyulunda istismara verilmiş "Abşeron" qaz-kondensat yatağı, həmçinin "Ümid" yatağı ("Ümid-Babək" bloku) da öz töhfəsini verir.

Xəbər lenti