IMG-LOGO

"Milliön" terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin

11 Feb 2026 15:56 5 baxış
IMG

"Milliön" ilk dəfə olaraq ödəniş terminallarında şəxsi kabinet təqdim edir – daha sürətli, daha rahat və daha ağıllı ödəniş təcrübəsi.

Bu yeni funksiya sayəsində gündəlik kommunal və digər ödənişlərinizi vaxt itirmədən həyata keçirə bilərsiniz. Şəxsi kabinetdə qeydiyyatdan keçdikdən sonra müştəri kodlarını və nömrələri hər dəfə yenidən daxil etməyə ehtiyac qalmır. Məlumatlar bir dəfə daxil edilir, şablon kimi yadda saxlanılır və növbəti ödənişlərdə avtomatik istifadə olunur.

Şəxsi kabinet sizə nə qazandırır?

Sürətli ödənişlər - cəmi bir neçə toxunuşla

Vaxta qənaət - təkrar axtarış və məlumat daxil etməyə ehtiyac qalmır

Yadda saxlanılan şablonlar - tez-tez istifadə olunan xidmətlər üçün

Rahat və sadə istifadə - hər dəfə eyni nömrələri xatırlamağa ehtiyac yoxdur

Şəxsi kabinetdə necə qeydiyyatdan keçmək olar?

Ekranın yuxarı sağ küncündə yerləşən Şəxsi kabinet ikonasında "Daxil olun" düyməsini seçin Mobil nömrənizi daxil edin Telefonunuza göndərilən birdəfəlik OTP kodu qeyd edin Pin kod yaradın Daha sürətli ödənişlər üçün şablonlar yaradın və "Yadda saxla" düyməsini basın - məlumatlar növbəti ödənişlər üçün saxlanılacaq.

"Milliön" şəxsi kabineti detalları sizin yerinizə yadda saxlayır.

Siz isə vaxt itirmədən, rahat şəkildə ödənişlərinizi həyata keçirirsiniz.

Xəbər lenti